02:57 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
906 0 0

Fevralın 19-da ölkədə hava yağmurlu keçəcək

BAKI, 18 fevral — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, fevralın 19-da paytaxtda arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi ərazilərində yağışın sulu qara çevrilmə ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Duman olacaq, Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti təşkil edəcək.

Əlaqədar

Sabahın hava proqnozu bəlli oldu
İstirahət günü bizi gözləyən hava proqnozu açıqlanıb
Yağış, qar, külək - Hava xəbərdarlığı
Bakıya yağış və qar gəlir - Proqnoz açıqlandı
Teqlər:
şərq küləyi, qar, Abşeron, Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yağış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Azərbaycan

Əsas mövzular