23:19 20 May 2018
Canlı yayım
İlham Əliyev

İlham Əliyev həmkarının dərdinə şərik oldu

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
56 0 0

"Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim"

BAKI, 15 fevral — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, dünən gecə ABŞ-da məktəbdə silahlı insident baş verib. Hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, insident nəticəsində azı 50 nəfər yaralanıb, 17 nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur. Atəş açan şəxs polis tərəfindən saxlanılıb.

Əlaqədar

ABŞ-da məktəbdə atışma olub, ölən və çoxlu sayda yaralananlar var
Sadıxov: “Terror təşkilatları böyük dövlətlərə zərbələr endirəcək”
Azərbaycanda "terror təhlükəsi" "hiss edən" Dövlət Departamenti nəyi unudub?
Teqlər:
Florida ştatı, başsağlığı, Donald Tramp, məktəb, Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikası, İlham Əliyev, ABŞ, silahlı insident, prezident

Əsas mövzular