CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Departament Azərbaycan vətəndaşlarına xəbərdarlıq edir

© Sputnik / Murad OrujovУлица Низами – одна из оживленных улиц в центре Баку
Улица Низами – одна из оживленных улиц в центре Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir

BAKI, 14 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Fevral üçün anomal hava şəraiti gözlənilir

Cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0