CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi rayonların sakinlərinə xəbərdarlıq edilir

© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
Abunə olmaq
Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir

BAKI, 13 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 14-də arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər arabir güclənən şimal küləyi əsəcək.

Дождливая погода в Баку. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qış ayının yaz havası: Sabah bizi nə gözləyir?

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 14-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Fevralın 14-də Abşeron yarımadasında yağışlı və arabir güclənən küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, fevralın 15-16-da meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.

Xəbər lenti
0