Türk nazir robotla dalaşdı, səhnədən qovdu - VİDEO

CC0 / QIHAN Technology / Sanbot ElfSanbot
Sanbot - Sputnik Azərbaycan
Abunə olmaq
“Sanbot” adlandırılan robot rabitə və nəqliyyat naziri Əhməd Arslanı özündən çıxarıb

BAKI, 8 fevral — Sputnik. Türkiyədə İnformasiya Texnologiyaları qurumu tərəfindən Ankarada təşkil edilən Təhlükəsiz İnternet gününə həsr edilmiş tədbirdə maraqlı anlar yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, “Sanbot” adlandırılan robot rabitə və nəqliyyat naziri Əhməd Arslanı özündən çıxarıb.

Tədbirə aparıcılıq edən “Sanbot” nazirin çıxışı zamanı bir neçə dəfə onun sözünü çəkərək, “bir az yavaş danış, anlamıram”, “sən orda nə danışırsan” deyə replika atıb. 

Bundan sonra Əhməd Arslan robota nəzarət edən şəxsən onun sözünü kəsən “Sanbot”u səhnədən götürmək üçün göstəriş verib: “Nə lazimdirsa onu edin”.

Təşkilatçılar “dikbaş” robotu səhnədən çıxarıblar.

Xəbər lenti
0