İstifadə etdiyimiz bu zərərli məhsullar dəniz canlılarının ölümünə səbəb olur

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidDəniz canlıları
Dəniz canlıları - Sputnik Azərbaycan
Abunə olmaq
Bu paketlərin torpağa qarışmaması, həll olmaması, xüsusən də, okeanda yerləşən adalarda quşların, kiçik canlıların məhvinə gətirib çıxarmasıdır

BAKI, 6 fevral — Sputnik. ABŞ, Avstraliya və İtaliyadan olan elm adamları sellofan torbaların okean və dənizlərdə yaşayan heyvanlara ciddi ziyan vurduğunu iddia edirlər.

Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, alimlər balina və köpək balıqları üzərində tədqiqat apararaq bu qənaətə gəliblər. Araşdırmaçılar Fransada ölən bir balinada 8 kiloqram, Avstraliyada ölən balinada isə 30 sellofan tapıblar.

Xatırladaq ki, bir çox dünya ölkəsi plastik paketlərdən imtinaya başlayıb. Artıq Keniyada plastik paketlərin istifadəsini qadağan edən qanun qəbul olunub. Bu ölkədə plastik paketlərdən istifadə edən şəxsləri ətraf mühitə vurduğu zərərə görə 19 min dollardan 38 min dollara qədər cərimə və ya 4 ilə qədər həbs gözləyir. Səbəb isə bu paketlərin torpağa qarışmaması, həll olmaması, xüsusən də, okeanda yerləşən adalarda quşların, kiçik canlıların məhvinə gətirib çıxarmasıdır.

Qeyd edək ki, 2011-ci ildə İtaliyada polietilen paketlərdən istifadəyə qanunla qadağa qoyulub. Fransada 2016-cı ildən mağazalardan sellofan torbaların istifadəsini yığışdırıblar. Avropa İttifaqı 2014-cü il aprel ayında plastik paket istehsalını 2017-ci ildə 50, 2019-cu ildə 80 faiz azaldılması ilə bağlı qərar qəbul edilib.

 

Xəbər lenti
0