Ölkə prezidentindən yeni təyinatlar

Abunə olmaq
İlham Əliyev Səudiyyə Ərəbistanına səfir, Dubaya konsul göndərdi

BAKI, 6 fevral — Sputnik. Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Bundan əlavə, prezidentin digər sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib.

Xəbər lenti
0