CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Olimpiadada Azərbaycanı təmsil edəcək yeganə idmançı: O, kimdir?

© REUTERS / Kim Hong-JiPxençanq şəhərində Qış Olimpiya Oyunların
Pxençanq şəhərində Qış Olimpiya Oyunların - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriyalı idmançı yarışlara Azərbaycan adından qatılır

BAKI, 5 fevral — Sputnik. 7-25 fevral tarixlərində Koreya Xalq Demokratik Respublikasının Pxençanq şəhərində Qış Olimpiya Oyunları keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə Azərbaycanı Qış Olimpiya Oyunlarında dağ xizəyi idmanının slalom və böyük slalom növləri üzrə Patrik Braxner təmsil edəcək. Atlet Pxençanq-2018 Qış Olimpiya Oyunlarına lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb. Qeyd edək ki, Patrik Braxner bundan əvvəl Soçi-2014 Olimpiya Oyunlarında da Azərbaycanı təmsil etmişdi.

© AFP 2023 / Dimitar DILKOFFPatrik Braxner
Patrik Braxner - Sputnik Azərbaycan
Patrik Braxner

Xatırladaq ki, 1992-ci ildə Avstriyada doğulan idmançı 12 yaşından dağ xizəyi idman növü ilə məşğul olur. 2010-cu ildən idmançı Azərbaycanı beynəlxalq yarışlarda təmsil edir. 2012-ci ilin fevralında Polşada keçirilən yarışda gümüş medalın sahibi olub. Daha sonra 2012-ci ildə Çexiyada keçirilən yarışın qalibi olub. Bu, Azərbaycanı təmsil edən idmançının ilk qələbəsi idi.

2013-cü ildə 42-ci dünya çempionatında iştirak edib. Dünyanın ən yaxşı dağ xizəkçiləri arasında 37-ci olan idmançı Azərbaycana qış olimpiadasında lisenziya qazandırıb. Bu lisenziya həm də Azərbaycan qış idmanında ilk lisenziya kimi tarixə düşüb.

Beləliklə, idmançı 2014-cü ildə Soçidə keçirilən qış olimpiadasında Azərbaycanı təmsil edib. 26 yaşlı idmançı bu il Cənubi Koreyanın Pxençanq şəhərində keçiriləcək yarışlarda da Azərbaycanı iki idman növündə təmsil edəcək.

Xəbər lenti
0