"Ərdoğanın Amerika siyasəti "çox qışqırıb, az iş görməkdir"

© Photo : Politikyol"İyi Partiya" rəhbərinin müavini Ümit Özdağ
İyi Partiya rəhbərinin müavini Ümit Özdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Ümit Özdağ deyib ki, Suriyanın ərazi bütövlüyünü bərpa edə biləcək yeganə qüvvə Bəşər Əsəd rejimidir

BAKI, 2 fevral — Sputnik. "Ərdoğanın ABŞ əleyhinə qışqırıb-bağırması 2019-cu il prezident seçkilərində xalqdan səs toplamaq məqsədi güdür". Sputnik Türkiyə xəbər verir ki, bunu yeni qurulan "İyi Partiya" rəhbərinin müavini Ümit Özdağ "Sözçü" qəzetinə özəl müsahibəsi zamanı deyib.

Ümit Özdağ türk ordusunun Suriyanın şimalındakı Afrin bölgəsinə başlatdığı hərbi əməliyyatdan danışarkən, prezident Ərdoğanı da sərt tənqid edib: "Prezidentin Amerika siyasəti "çox bağırıb, az iş görməkdir". Afrin əməliyyatından sonra Menbiç deməyinə baxmayın. Ərdoğan ABŞ-la üz-üzə gəlmək istəməyəcək. Bir yolla Menbiç məsələsini həll edəcəklər. Ancaq Türkiyə üçün ən vacib olanı Menbiç, həmçinin Fərat çayının şərqidir. Ümumilikdə İraqa qədər olan bütün sərhəd əraziləri terrorçulardan təmizlənməlidir".

Ü.Özdağ əlavə edib ki, Suriyanın ərazi bütövlüyünü bərpa edə biləcək yeganə qüvvə Bəşər Əsəd rejimidir.

Xəbər lenti
0