05:42 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
476 0 0

Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə bağlı sərəncam verildi

BAKI, 2 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan bu barədə dövlət başçısının saytına xəbər verir.

Məlumata əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Əlaqədar

Tovuzda məktəb yandı: 254 şagird çətin vəziyyətdə qalıb
Məktəb müəlliminin diskində 19 min porno şəkil və video aşkarlandı
Azərbaycanda məktəb direktoru həbsxanada öldü
Teqlər:
Azərbaycan prezidenti İlham Əliyev, modul tipli məktəb, vəsait, sərəncam

Əsas mövzular