13:09 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
58 0 0

Dövlət başçısı Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub

BAKI, 30 yanvar — Sputnik. Prezident İlham Əliyev Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubov prezident İlham Əliyevə "Şahdağ" qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib.

Qeyd edilib ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.

İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub

Həmçinin dövlət başçısına məlumat verilib ki, bu il kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada "Boulinq", tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə və xidmət obyektləri inşa ediləcək.

Kompleksin yay mövsümündə də xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümündə turistlər bu göldə həm üzəcək, həm də qayıqlarla səyahət edəcəklər. Qış mövsümündə isə bu göldən qaryaratma üçün ehtiyat mənbəyi kimi istifadə olunacaq. İkinci mərhələdə görülməsi planlaşdırılan işlərə bu ilin yaz aylarından başlanılacaq. Bunun üçün indidən hazırlıq işləri görülür.

İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub

Dövlət başçısına kompleksin yol infrastrukturu barədə də ətraflı məlumat verilib. Bildirilib ki, kompleksin ərazisindən keçən Qusar-Ləzə yolu onun kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısının torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır.

Məlumat verilib ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır. Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib. Sonra Prezident İlham Əliyev "Şahdağ" qış-yay turizm kompleksində xizək sürüb.

Əlaqədar

Turizm mərkəzindən reaksiya: "Şahdağda çəkilən görüntülər ajiotaj xarakteri daşıyır"
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Nazirlik: Şahdağ Milli parkında yanğın lokallaşdırılıb
Teqlər:
"Şahdağ" qış-yay turizm kompleksi, Qusar, İlham Əliyev, prezident

Əsas mövzular