19:24 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Buz bağlamış yol

Sabaha hava xəbərdarlığı

Sputnik/ Leyla Abdullayeva
XƏBƏRLƏR
Qısa URL
475 0 0

Dağlıq ərazilərdə yollar buz bağlayacaq

BAKI, 29 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Əlaqədar

Duman, bulud, külək - Hava xəbərdarlığı
Paytaxt və bölgələr üzrə hava proqnozu
Daha bir ölkədə soyuq hava can almaqda davam edir
Teqlər:
yağmursuz, yanvar, hava şəraiti, Abşeron yarımadası, rayon, Bakı, gündüz, gecə, şaxta

Əsas mövzular