15:15 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
164 0 0

Qeyd edək ki, hazırda Yaponiya dənizində yerləşən Posiet limanından 60 kilometr cənub-şərqdə axtarış-xilasetmə əməliyyatı aparılır

BAKI, 25 yanvar — Sputnik. Yapon dənizində itən "Vastok" balıqçı gəmisinin portunda olan azərbaycanlıların kimliyi müəyyən edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onlar dənizçi 1991-ci il təvəllüdlü Ruslan Əlizadə və 1972 təvəllüdlü dənizçi Mübariz Hüseynovdur.

Məlumata görə, "Vostok" gəmisi 30 il əvvəl Koreyada tikilib. 2011-ci ilə qədər "Gray" adlanan gəmi hazırda Rusiya bayrağı ilə fəaliyyət göstərir. Gəminin uzunluğu 50 metr, hündürlüyü 9 metr və çəkisi 922 tondur.

Yaponiyada zəlzələ, arxiv şəkli
© AFP 2020 / JIJI PRESS / STR

Qeyd edək ki, hazırda Yaponiya dənizində yerləşən Posiet limanından 60 kilometr cənub-şərqdə axtarış-xilasetmə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş (iki və ya daha çox şəxsin səhlənkarlıq nəticəsində ölümü ilə nəticələnən dəniz nəqliyyatının hərəkəti və istismarı üçün təhlükəsizlik qaydalarının pozulması) cinayət işi başlanılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin şəxlərin Azərbaycan vətəndaşı olub-olmaması araşdırılır. Bu barədə mətbuata ətraflı məlumat veriləcək.

Əlaqədar

"Lan" qasırğası Yaponiya sahillərinə çatıb, ölənlər var
Yaponiya sahillərində 7,0 bal gücündə zəlzələ baş verib
Teqlər:
balıqçı, gəmi, vətəndaş, itkin, Cinayət Məcəlləsi, dəniz, Xarici İşlər Nazirliyi, mətbuat, Yaponiya, Rusiya, cinayət işi, Azərbaycan

Əsas mövzular