07:55 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
237 0 0

İranın hərbi gəmisi dalğaqıranla toqquşaraq parçalanıb

BAKI, 21 yanvar — Sputnik. İranın nəhəng hərbi gəmisi — "Dəmavənd" freqatı iki hissəyə bölünüb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinə aid "Dəmavənd" freqatı yanvarın 10-da baş vermiş fırtına nəticəsində Xəzər dənizində, Bəndər-Ənzəli liman şəhərində dalğaqıranla toqquşub. Həmin gün dalğaların hündürlüyü 4 metrə çatırmış.

Hadisə zamanı gəminin göyərtəsində olan 6 hərbçi dənizə düşüb. Onlardan 3-nün öldüyü təsdiqlənib.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə freqatın hələ də daşların üzərindən götürülmədiyi, tədricən suya batdığını əks etdirən fotoşəkillər yayılıb. Şəkillərdə gəminin gövdəsinin korpusunun sındığı aydın görünür.

"Dəmavənd"un uzunluğu 100 metr, tutumu 1300 ton olub. Bu freqatın üç il əvvəl İran HDQ-nin tərkibinə daxil edildiyi bildirir.

İran rəsmiləri isə yalnız yanvarın 17-də gəminin qəzaya uğradığını və cüzi zədə aldığını bildirib.

Əlaqədar

İran tankerinin 32 nəfərlik heyəti diri-diri yanıb
Teqlər:
"Dəmavənd" freqatı, fırtına, Xəzər dənizi, qəza, İran Hərbi Dəniz Qüvvələri, İran

Əsas mövzular