08:47 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
XƏBƏRLƏR
Qısa URL
66610

Üç milyon manat beş özəl telekanal arasında bərabər bölünəcək

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib. Şöbə müdirinin sözlərinə görə, 3 milyon manat "Xəzər", "Lider", "Space", ATV və ARB telekanalları arasında bölünəcək.

"Bu sərəncam Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısının göstəricisidir. Sərəncam Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə imzalanıb" — deyən N.Cavadov qeyd edib ki, sərəncamda nəzərdə tutulan məsələlərin həlli ilə bağlı MTRŞ-da iclas keçiriləcək və müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan MTRŞ-ya 3 milyon manat ayrılıb.

Əlaqədar

Bağlanmış telekanal yenidən fəaliyyətə başlayacaq
ANS-i hansı telekanal əvəz edəcək?
Azərbaycanda daha bir telekanalın rəhbəri işdən çıxarıldı
Prezidentin köməkçisi: "Yaxşı ki, indi o telekanal yoxdur"
Teqlər:
Nemət Cavadov, sərəncam, telekanal, İlham Əliyev, Azərbaycan prezidenti, manat

Əsas mövzular