CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı mindən çox insan ölkədən çıxarılıb

Abunə olmaq
Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, 911 nəfərin ölkə ərazisinə gəlişi məhdudlaşdırılıb

BAKI, 15 yanvar — Sputnik. Ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 794763 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bakının mərkəzində ərəb tursitlər - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycandan 431 nəfər deport olunub

Bildirilib ki, ötən ildə, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 49357 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 31507 müraciət daxil olub.

DMX qeyri-qanuni miqrasiya ilə bağlı statistik rəqəmləri açıqlayıb. Belə ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 21438 qərar qəbul edilib. Bunlardan 2576-sı Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması ilə bağlı, 11379-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı və 6330-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub.

Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) əsasən, 911 nəfərin ölkə ərazisinə gəlişi məhdudlaşdırılıb. Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı isə 242 hal qeydə alınıb. DMX-nin "Çağrı mərkəzi"nə 107172 zəng daxil olub.

Xəbər lenti
0