CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yolun da təmiri başa çatdı

© Photo : AzeravtoyolAzadlıq prospektinin daha bir hissəsi təmir edildi
Azadlıq prospektinin daha bir hissəsi təmir edildi - Sputnik Azərbaycan
Abunə olmaq
Körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları inşa edilib

BAKI, 11 yanvar — Sputnik. Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Sürücülərə müraciət olundu: Təhlükə var

O bildirib ki, AYDA tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb: "Söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir. Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub".

"Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4.5 metr və hər bir istiqamət üzrə 1.75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir" — Nəcəfli deyib.

Onun sözlərinə görə, əvvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi: "Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra yolun 60 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örütüyü döşənib" deyə Nəcəfli bildirib".

AYDA sözçüsü qeyd edib ki, layihə çərçivəsində təmsil etdiyi qurum tərəfindən Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilib: "Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4.5 metr təşkil edir. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalıb".

"Körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları da inşa edilib. Bundan başqa layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 29 ədəd müxtəlif ölçülü dəmir-beton boruların tiintisi işləri aparılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin nəzarəti altında aparılıb. Yolda hərəkətin normal təşkili üçün 46 ədəd məlumatverici lövhə və yol nişanı quraşdırılıb" — A.Nəcəfli əlavə edib.

Qeyd edək ki, Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin minlərlə əhalisinin gediş-gəlişini rahatlaşıb, yük və sərnişin daşınması xeyli asanlaşıb.

Xəbər lenti
0