20:22 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Qubaya yağan qar

Növbəti hava xəbərdarlığı

© Sputnik / Irade JELIL
XƏBƏRLƏR
Qısa URL
629 0 0

Bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir

BAKI, 10 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Əlaqədar

Bakıya qar yağır
Sabahkı hava şəraiti ehtiyatlı olmağı tələb edir
Sabahkı hava şəraitinə hazırlıqlı olun
Evdən çıxanda necə geyinməli olduğunuzu bilin - Sabahın hava proqnozu
Teqlər:
dərəcə, hava şəraiti, Abşeron yarımadası, Bakı, gündüz, gecə, isti

Əsas mövzular