11:36 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Bakı Nəqliyyat Agentliyi

Bakıda baş verən avtobus qəzasının səbəblərinə aydınlıq gətirildi - rəsmi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
473 0 0

Bakı Nəqliyyat Agentliyi bu gün paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BAKI, 6 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyi bu gün paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Agentlikdən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, yanvarın 6-sı saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "99-XM-581" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.

Hazırda hüquq-mühafizə orqanları yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır. İlkin ehtimallara görə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib.

"Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarə edilməsinə şərait yaradır" — deyə BNA-nın məlumatında bildirilib.

Burada həmçinin qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir.

Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən avtobus qəzasında 14 nəfərin xəsarət aldığı bildirilir.

Əlaqədar

Bakıda ağır qəza: Onlarla insan xəsarət aldı
Teqlər:
Suraxanı, Avtobus qəzası, Bakı Nəqliyyat Agentliyi, Zığ şossesi

Əsas mövzular