Sürücülər məyus olacaq - AYDA

© Sputnik / Xalid MammadovBakı-Sumqayıt yolunda tıxac
Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlara alternativ yollardan istifadə etmələri tövsiyə olunur

BAKI, 5 yanvar — Sputnik. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0