CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarşıda bir həftəlik qeyri-iş günümüz var

© Sputnik / Anar MustafayevКалендарь на 2018 год
Календарь на 2018 год - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz bayramında bir həftə qeyri-iş günü olacaq

BAKI, 4 yanvar — Sputnik. Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günüdür. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.

Xəbər lenti
0