İtkin düşmüş alpinistləri axtaran qrup xəbər paylaşıb

Abunə olmaq
"Onların sağ olduqlarına və tezliklə aramıza qatılacaqlarına hər birimiz inanmalıyıq"

BAKI, 29 dekabr — Sputnik. İtkin düşən alpinistlərin axtarışı hələ ki, nəticəsiz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, könüllü şəkildə axtarışa qoşulan və Şahyaylaqda olan alpinistlər sosial şəbəkədə öz fikirlərini yazıblar.

Канатная дорога в туристическом комплексе Туфандаг - Sputnik Azərbaycan
HADİSƏ
İtkin düşən alpinistlərdən ümidverici xəbər - VİDEO

"Hər dəqiqənin öz hökmü var, hamılıqla dua edək, inşallah 29 dekabr tarixini dostlarımız indidən sonra hər il ikinci doğum günü kimi qeyd edərlər. İnşallah, hamılıqla xoş xəbər alarıq. Onların sağ olduqlarına və tezliklə aramıza qatılacaqlarına hər birimiz inanmalıyıq" — deyə onlar yazıblar.

"Gilavar" hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov isə Report-a açıqlamasında bildirib ki, itkin düşən alpinistlərin yerini müəyyən etmək üçün səhər saat 5-dən yenidən axtarışlara başlanılıb: "Hələ dəqiq bir iz yoxdur. Axtarışlarımıza davam edirik. Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda axtarışlar aparır".

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Xəbər lenti
0