02:32 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Küləkli hava

Sabaha hava xəbərdarlığı

© AP Photo / Mel Evans
XƏBƏRLƏR
Qısa URL
233 0 0

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək

BAKI, 28 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Əsas mövzular