Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus çempionu öldürən həmyerlimizin işində yenilik

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Həmyerlimizi törətdiyi əmələ görə ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir

BAKI, 28 dekabr — Sputnik. Rusiyanın Xabarovsk diyarının prokurorluğu pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi qətlə yetirən azərbaycanlı Anar Allahverənov barəsində cinayət işi üzrə ittihamnaməni təsdiq edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ittiham "xuliqanlıq niyyəti ilə qətl" maddəsi üzrə təqdim edilib. Həmyerlimizi törətdiyi əmələ görə ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Xatırladaq ki, bu il avqustun 20-də Xabarovsk şəhərində kafelərdən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionuna öldürücü zərbə endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Anar hadisədən sonra qaçıb. Federal polis və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub. Onun haqqında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0