Növbəti günün hava proqnozu

© Photo : REPORT IABakıda dumanlı hava
Bakıda dumanlı hava - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik əhalini gözlənilən hava şəraiti ilə bağlı xəbərdar edir

BAKI, 27 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq.

Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Hava şəraiti ilə bağlı vacib məlumat

Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0