17:21 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
162 0 0

İsrail müdafiə naziri Aviqdor Liberman fələstinlilərə ölüm cəzasının tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə səsverməyə çıxarılacağını bildirib

BAKI, 26 dekabr — Sputnik. İsrail müdafiə naziri Aviqdor Liberman fələstinlilərə ölüm cəzasının tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin yaxın günlərdə İsrail parlamentində (Knesset) səsverməyə çıxarılacağını bildirib.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, nazir İsrail hədəflərinə qarşı əməliyyat keçirən fələstinlilərin edam edilməsini nəzərdə tutan layihənin çərşənbə günü ilk səsverməyə çıxarılacağını bildirib.

Liberman söyləyib ki, bu cür cəza ABŞ qanunlarında da var. Bu səbəbdən, İsrailin də dünyada ən güclü demokratik sistemin yolu ilə getməsinə üstünlük verilir.

Qanun layihəsinin qəbul edilməsi üçün parlamentdə 3 mərhələdən keçməsi lazımdır.

Hələlik edam hökmünün olmadığı İsraildə cinayətkara yüz illərlə həbs cəzası verilə bilir.

Əlaqədar

Daha bir ölkə İsraildəki səfirliyini Qüdsə köçürür
İbrahimli: “Türkiyə-İsrail münasibətlərində gərginlik davam edəcək”
Nəsirov: “Azərbaycanın addımları İsrailin əleyhinə yönəlməyib”
Çin ABŞ və İsrailə sitəm çəkdi: Şərqi Qüds Fələstinin paytaxtıdır
Vəziyyət gərginləşir: İsrail polisi türkləri həbs etdi
Teqlər:
fələstinli, edam, qanun layihəsi, Aviqdor Liberman, Knesset, səsvermə, İsrail

Əsas mövzular