15:41 27 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9300
Bakı beynəlxalq avtovağzalı

Bayram günləri ilə əlaqədar əhaliyə müraciət olundu

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
217 0 0

Bayram ərəfəsində 700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur

BAKI, 26 dekabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Bu barədə Sputnik Azərbaycan-a BBAK-ın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

O bildirib ki, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və Kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə, təxminən, 8.5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür. Əlavə sual və təkliflər üçün 012 406 01 58 (59) nömrələrinə müraciət etmək olar.

Əlaqədar

Bayram yarmarkaları açılır
Cənub bölgəsində məhsul bolluğu bayramı
Müsəlmanlarla xristianların birgə qeyd etdikləri bayram
Bayram günündə hava istirahətə imkan verməyəcək
Teqlər:
BBAK, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, sərnişin, bayram, avtobus, gücləndirilmiş iş rejimi

Əsas mövzular