Gözlənilən hava şəraitindən xəbəriniz olsun

© Sputnik / Murad OrujovЗагрязненный пылью воздух в Баку
Загрязненный пылью воздух в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik sabahın hava proqnozunu açıqlayıb

BAKI, 25 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Yağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda yağışlı hava şəraiti davam edəcək

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0