Trampın səhv siyasəti: ABŞ artıq dünyaya meydan oxuya bilməz

© AFP 2023Benyamin Neteanyahu və Donald Trampın görüşü, Qüds, 23 may 2017-ci il
Benyamin Neteanyahu və Donald Trampın görüşü, Qüds, 23 may 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Birləşmiş Ştatlar sivilizasiyaları bir-birinə toqquşdurmaqla, öz hegemon gücünü qoruyub saxlamağa çalışır"

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarın qəbuledilməz olması barədə qətnamə qəbul edilib. Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.

Президент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре - Sputnik Azərbaycan
Ərdoğan hər şeyı açdı: "ABŞ zəng vurub bir-bir təhdid etdi"

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü — Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyib.

Gürcüstan, Ukrayna, Moldova da daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.

Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qətnamə, həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməsinlər.

Beləliklə, dünya ölkələrinin 2/3-si Amerikanın bütün hədə-qorxularına baxmayaraq, Donald Trampın verdiyi qərarın əleyhinə çıxıb.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib ki, səsvermə təkqütblü dünyanın qəbul olunmadığını sübut etdi: " BMT-də Qüdslə bağlı keçirilən səsvermə göstərdi ki, artıq təkqütblü dünya qəbul olunmur. Ona görə də, ABŞ öz xarici siyasətinə əl gəzdirsə, daha yaxşı olar".

BMT yığıncağı - Sputnik Azərbaycan
ABŞ-ın “dostlara təşəkkür” ziyafəti və Vaşinqtonun baş ağrısına çevrilən güc qütbləri

"Əvvəla, ABŞ-ın Qüdslə bağlı qərarına hansı dövlətlərin dəstək verdiyinə baxmaq lazımdır. Həmin dövlətlərin beynəlxalq arenada heç bir siyasi çəkisi yoxdur. Onlar ən zəif dövlətlərdir. Amma NATO-dakı müttəfiqlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın aparıcı dövlətlərinin böyük əksəriyyəti BMT qətnaməsinə dəstək verərək ABŞ-ın əleyhinə çıxdılar. Qərarın BMT prinsiplərinə zidd olduğuna səs verdilər. Bu baxımdan, düşünürəm ki, mənzərə açıq-aşkar göz qabağındadır. Amerika Birləşmiş Ştatları dünyaya meydan oxuya bilməz. Səsvermə bir mənzərəni də ortaya çıxarmış oldu. Artıq təkqütblü dünya qəbul olunmur. Bundan sonrakı proseslər də məhz bu istiqamətdə cərəyan edəcək" — Mirzəbəyli qeyd edib.

Politoloq Trampın Qüdslə bağlı qərarından geri çəkilməyəcəyini də söyləyib: "Çünki bu, onun üçün intihara bərabər olar. Onsuz da reytinqi aşağı düşən dövlət başçısı üçün öz qərarını geri çəkmək acınacaqlı hala gətirib çıxara bilər. Amma bunun heç bir effektiv nəticəsi olmayacaq. Yanlış olan odur ki, Amerikanın bu davranışı sivilizasiyalararası dialoqa çox ciddi zərbə vurur. Çox yaxşı ki, dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən, nüfuzlu xristian ölkələri bu prosesdə ABŞ-ı dəstəkləmədilər, ədalətin və haqqın yanında oldular".

"Birləşmiş Ştatlar sivilizasiyaları bir-birinə toqquşdurmaqla öz hegemon gücünü qoruyub saxlamağa çalışır" — Elçin Mirzəbəyli əlavə edib.

Xəbər lenti
0