11:39 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
37010

Yeniləşdirilən stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq

BAKI, 20 dekabr — Sputnik. Bakı metrosunun "Sahil" stansiyasında avqust ayının 21-də başlanmış yenidənqurma işləri, əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Bakı metrosu
© Sputnik / Murad Orujov

O bildirib ki, yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq: "50 il əvvəl istismara verilmiş Bakı Metropoliteninin ilk 5 stansiyasından biri olan "Sahil"də indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Bundan savayı, açıldığı gündən istifadə olunan "LT-3" tipli eskalatorlar istismar müddətini artıq başa vurub".

"Ümumiyyətlə, uzunmüddətli istismar şəraitində və ağır hidrogeoloji şəraitin təsiri ilə sıradan çıxıb, deformasiyaya uğrayıb, həm də köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturun təmir-bərpa və yenidən qurulması günün tələbinə çevrilib. Stansiyanın vəziyyətini öyrənmək və təmir həcmini müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, o cümlədən Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə müvafiq qiymətləndirmə işləri aparılıb" — Paşayev bildirib.

Onun sözlərinə görə, eskalatorların dəyişdirilməsi, xüsusən dərin özüllü stansiyalarda onların əvəzlənməsinə xeyli vaxt tələb olunur: "Sahil" stansiyasında təmirin ilk işləri sırasında eskalatorların maili gedişinin üzərindəki tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılır".

Yeri gəlmişkən, yeniləşdirilən stansiyanın ilk diqqətçəkən böyük dəyişikliyi eskalatorlarla bağlı olacaq. Yalnız bir çıxışı olan, həm də sərnişinlərin sıx istifadə etdiyi bu stansiyada tətbiq edilən mühüm yenilik sökülmüş 3 eskalatorun əvəzinə "Viktoriya" tipli 4 yeni avadanlığın quraşdırılmasıdır.

"Lakin 4 eskalatorun quraşdırıldığı "28 May" stansiyası ilə müqayisədə, onların buradakı analoqları bir çox üstünlükləri ilə fərqlənəcək. Sərnişinlərin daim əyani müşahidə edəcəyi əsas yenilik hər bir avadanlığın eninin bir metr olmasıdır və bu, stansiyaya enib-qalxarkən, xüsusən gur saatlarda, sərnişin dövriyyəsini əvvəlkindən daha operativ və rahat qurmağa imkan verəcək. Eskalatorların dəyişdirilməsi ilə yanaşı, stansiyada görülən digər təmir-bərpa işləri də əhəmiyyətinə görə bundan geri qalmır" — QSC sözçüsü vurğulayıb.

Əlaqədar

Metroda cibgir saxlanılıb
Bakı metrosunda qorxulu anlar
Bakı Metropolitenində işçilərin işdən azad edilməsi nə ilə bağlıdır
Bakı metrosunda görünməmiş olay: sərnişin vaqonların arasına girdi
Metronun “Sahil” stansiyası sökülür...
Yeraltı yolların əfsanələrini Bakı metrosunda görə bilərsiniz
Teqlər:
eskalator, "Sahil" stansiyası, Nəsimi Paşayev, təmir, "Bakı Metropoliteni" QSC, qatar, Bakı metrosu

Əsas mövzular