16:08 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Abdulbari Gözəl

Abdulbari Gözəl "Azersun"-un rəhbəri postundan gedir?

© Foto: APA
XƏBƏRLƏR
Qısa URL
69410

Əhməd Gözəlin ən qısa zamanda "Azersun"-un başına keçəcəyi bildirilir

BAKI, 18 dekabr — Sputnik. "Azersun Holding"in rəhbəri Abdulbari Gözəlin şirkətin idarəçiliyini oğluna təhvil verməyə hazırlaşdığı iddia olunur. Sputnik Azərbaycan-a daxil olan məlumata görə, A.Gözəl yaşı ilə əlaqədar holdinqin Müşahidə Şurasının sədri vəzifəsindən getməyi düşünür.

İddiaya görə, o, artıq Dubayda yaşayan oğlu Əhməd Gözəli Bakıya çağırıb. Əhməd Gözəlin ən qısa zamanda "Azersun"-un başına keçəcəyi bildirilir.

"Azersun Holdinq"-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirib ki, yaxın günlərdə mövzu ilə bağlı rəsmi açıqlama veriləcək: "Hələ ki cənab Abdulbari Gözəl öz işinin başındadır. Heç bir dəyişiklik yoxdur".

Teqlər:
Əhməd Gözəl, Abdulbari Gözəl, "Azersun holding", şirkət, holdinq

Əsas mövzular