CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinləri diqqətli olsun, proses başladı

© Photo : TRENDBabək prospekti, arxiv şəkli
Babək prospekti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

BAKI, 18 dekabr — Sputnik. Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər" — deyə qurumdan bildirilir.

Xəbər lenti
0