Şəhidimiz son mənzilinə belə yola salındı

© Sputnik / Leyla AbdullayevaŞəhid Fizuli Salahovun dəfn mərasimi
Şəhid Fizuli Salahovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağını onun atasına təqdim edilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Ermənistanın təxribatı nəticəsində şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçu, baş gizir Salahov Fizuli Süleyman oğlu bu gün doğulub boya-başa çatdığı Şabran rayonunun Gəndov kəndində dəfn edilib.

© Sputnik / Leyla AbdullayevaŞəhid Fizuli Salahov
Şəhid Fizuli Salahov - Sputnik Azərbaycan
Şəhid Fizuli Salahov

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi polkovnik-leytenant Anar Ağabəyov və əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin rəhbəri Novruz Novruzov və icra nümayəndələri, həmçinin şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhid torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılıb. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağını onun atası Süleyman Salahova təqdim edib.

© Sputnik / Leyla AbdullayevaFizuli Salahovun yas mərasimi
Fizuli Salahovun yas mərasimi - Sputnik Azərbaycan
Fizuli Salahovun yas mərasimi

Çıxış edənlər F.Salahovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daim canla-başla yerinə yetirdiyini bildiriblər. Şəhidin atası hamıya öz təşəkkürünü bildirib və dəfələrlə "Vətən sağ olsun" kəlmələrini söyləyib

Qeyd edək ki, Salahov Fizuli Süleyman oğlu 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. O, 2017-ci il dekabrın 13-də şəhid olub.

Xəbər lenti
0