13:34 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1337323

Onların elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq

BAKI, 14 dekabr — Sputnik. "Azərişıq" ASC borclu abonentlərə xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərişıq" ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 19 dekabr 2017-ci il tarixindən, saat 12:00-dan etibarən "Elektrik enerjisindən istifadə Qaydaları"na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Əlaqədar

Qax sakininə xoş olmayan elektrik sürprizi
Yüksək gərginlikli elektrik xəttinə əl uzatdı...
Ağac aşdı, şəhərin yarısı işıqsız qaldı
Bu ərazilərdə saatlarla işıq olmayacaq
İşıq və suyun qiyməti artacaqmı? - Parlamentdə müzakirə
Teqlər:
elektrik təchizatı, abonent, işıq, "Azərişıq" ASC, borc

Əsas mövzular