Bakı-Minsk-Bişkek-Kişinyov bağlantısı qurulacaq

© Sputnik/ Мурад ОруджевSputnik Azərbaycan mətbuat mərkəzi
Sputnik Azərbaycan mətbuat mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Miqrant Günü ilə bağlı videokörpü olacaq

BAKI, 13 dekabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 18 dekabr 1990-cı il tarixdə "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanı (International convention on the protection of the rights of migrant workers and members of their families) qəbul edib. On ildən sonra — 4 dekabr 2000-ci ildə isə Baş Assambleya həmin Konvensiyanın qəbul tarixini Beynəlxalq Miqrant Günü (International Migrants Day) kimi müəyyənləşdirib.

Мигранты во Франции - Sputnik Azərbaycan
İl ərzində dünyada həlak olan miqrantların sayı bilindi

Elə həmin vaxtdan 18 dekabr tarixi dünyanın bir çox ölkəsində hər il həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları tərəfindən Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.

Postsovet ölkələrində miqrant probleminin necə həll olunduğu barədə 15 dekabr saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək Bakı-Minsk-Bişkek-Kişinyov videokörpüsündə danışılacaq.

İştirak edəcəklər:

Bakıda:

— Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov;

Minskdə:

— Miqrasiya üzrə Beynəlxalq Təşkilatın Belarus Respublikasındakı proqram koordinatoru Pavel Xolod;

Bişkekdə:

— Dövlət Miqrasiya Xidmətinin xarici vətəndaşların əmək miqrasiyası şöbəsinin rəhbəri Ulan Şamşiyev

Kişinyovda:

Miqrasiya siyasəti sahəsinin mütəxəssisləri

 

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Xəbər lenti
0