CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sərnişinlərinə xəbərdarlıq edilir

© Sputnik / Murad OrujovАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir

BAKI, 11 dekabr — Sputnik. "Bakubus" şirkəti sərnişinlərə xəbərdarlıq edib. Sputnik Azərbaycan "Bakubus"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədova küçəsinin bağlanması ilə əlaqədar olaraq 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə öz hərəkətini davam etdirirlər. Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir.

Xəbər lenti
0