22:40 13 Dekabr 2017
Canlı yayım
Tapança

Keçmiş arvadını iş başında güllələdi

CC0 / Skitterphoto / Gun
XƏBƏRLƏR
Qısa URL
395 0 0

"Ayrılığı qəbul edə bilmirdim, ona görə də onu güllələmək qərarına gəldim"

BAKI, 8 dekabr — Sputnik. Türkiyədə bir gənc oğlan keçmiş həyat yoldaşının işlədiyi fabrikə kuryer adı ilə daxil olaraq orada mühasib işləyən keçmiş arvadını tapança ilə vurub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar bir müddət əvvəl ayrılıblar, lakin oğlan bu ayrılığı qəbul edə bilməyib.

Zafər Tatlısərt
Zafər Tatlısərt

"Bu ayrılığı qəbul edə bilmirdim, ona görə də onu güllələmək qərarına gəldim" — deyən gənc hadisədən sonra qaçmağa çalışsa da, yaxalanıb.

"Onu çox sevirəm. Kiminləsə sevgi münasibəti olduğunu düşünürdüm. Bu barədə danışmaq və üzləşmək istəyirdim. Buna görə də qapıda olan mühafizəçilərə kuryer olduğumu deyib içəri girdim. Məni görəndə, çaş-baş qaldı, buraya niyə gəldiyimi soruşdu. Aramızda mübahisə başladı və güllələdim. İş yoldaşı araya girmək istəyəndə onu da vurdum" — oğlan əlavə edib.

Qadın 4 güllə yarası alsa da, xoşbəxtlikdən həyatını qurtarmaq mümkün olub.

Əlaqədar

Rostovlu "amazonka" silsilə qətllərə azərbaycanlı ərini öldürməklə başlayıb
Bakıda amansız qətl törədənə ömürlük cəza verildi
Vəziyyət gərginləşdi, keçmiş prezident qətlə yetirildi - FOTO
Qətl törədən məmur övladı ilə bağlı qərar dəyişdirildi
Bakıda təcridxanada dəhşətli qətl
Teqlər:
güllə yarası, tapança, oğlan, həyat yoldaşı, qətl, Türkiyə

Əsas mövzular