22:49 13 Dekabr 2017
Canlı yayım
Azərbaycan Vəkillər Kolegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov

Yeni rəhbər köhnə problemlərdən və ediləcək yeniliklərdən danışdı

© Foto: REPORT
XƏBƏRLƏR
Qısa URL
716 0 0

Anar Bağırov: "Potensiallı tələbələr kollegiyaya müraciət etmirlər, Vəkillər Kollegiyasının nüfuzu artırılmalıdır"

BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Vəkillər Kolegiyasının (VK) Rəyasət Heyətinin yeni sədri Anar Bağırov görüləcək işlərdən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qurumun indiyə qədərki fəaliyyəti və qarşıdakı planlara toxunub.

"İlk növbədə, Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənədlərin qəbuluna başlanılacaq. Bilirsiniz ki, qanunvericiliyə edilən dəyişikliklə fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər" — Bağırov bildirib.

Sədrin sözlərinə görə, burada məqsəd ən qısa zaman ərzində sənəd qəbulunun bərpa olunmasıdır: "Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq. Digər hədəf isə regionlarda hüquqi yardım işini təkmilləşdirməkdir. Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır. Biz bunun həlli yollarını tapmalıyıq".

"Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq. Məqsədimiz odur ki, ölkədə ödənişsiz hüquqi yardım institutu müasirləşdirilsin. Vəkillərin peşə hazırlığı da artırılacaq. Beynəlxalq fəaliyyətə də üstünlük veriləcək. İstəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq" — A.Bağırov vurğulayıb.

O, bəzi problemləri də dilə gətirib: "İndiyə qədər vəkillərin Vəkillər Kollegiyasına qəbulu ilə bağlı səhlənkarlığa yol verilib. Çalışacağıq ki, çatışmazlıqlar aradan qaldırılsın. Vəkillərin Kollegiyaya qəbulu qanunvericiliklə tənzimlənir. Düzdür, keçid balı orada qeyd olunmayıb. Biz istəyirik ki, əmək stajı aşağı salınsın. Çünki buna görə gənc kadrlar Vəkillər Kollegiyasına müraciət etmirlər, digər dövlət orqanlarında işə düzəlirlər".

"Potensiallı tələbələr kollegiyaya müraciət etmirlər. Vəkillər Kollegiyasının nüfuzu artırılmalıdır. Çalışacağıq ki, Kollegiyaya qəbulu asanlaşdıraq. Keçid balı tələblərə uyğun olmalıdır. Vəkillərin bilik səviyyəsi hakimlərin bilik səviyyəsindən aşağı olmamalıdır. Keçid balını İxtisas Komissiyası müəyyən edir. Əgər balın aşağı salınması ilə bağlı qərar olarsa, etiraz etmərəm" — o, əlavə edib.

Xatırladaq ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərinin sayının artırılmasını vacib sayıb, bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib.

Əlaqədar

"Hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var"
Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək
"Gelandewagen" olayında yenilik: vəkil qovuldu
Teqlər:
Azərbaycan Vəkillər Kolegiyası, Anar Bağırov, VK, üzv, sədr

Əsas mövzular