04:24 15 Dekabr 2017
Canlı yayım
Vəkillər Kollegiyası

Vəkillər Kollegiyasına yeni sədr seçildi

© Foto: REPORT
XƏBƏRLƏR
Qısa URL
431 0 0

Azər Tağıyev Vəkillər Kollegiyasının sədri postundan sentyabr ayında istefa verib

BAKI, 7 dekabr — Sputnik. Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin konfransı keçirilib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, əvvəlcə VK sədrinin müavini Aydın Axundovun 2012-2017-ci illər üzrə hesabatı dinlənilib.

Anar Bağırov
Anar Bağırov

VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi"nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

Konfransda 116 nümayəndə iştirak edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Əlaqədar

Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək
"Gelandewagen" olayında yenilik: vəkil qovuldu
Teqlər:
Anar Bağırov, VK, Vəkillər Kollegiyası, Azər Tağıyev, Rəyasət Heyəti

Əsas mövzular