CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinləri olacaqlar barədə xəbərdar edilir

© Sputnik / Murad OrujovЗакат на Приморском парке в Баку
Закат на Приморском парке в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıya sulu qar, rayonlara yağış, qar yağacaq

BAKI, 6 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.

Bakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Paytaxt və bölgələr üçün hava proqnozu

Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 7-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insalar üçün əlverişsizdir.

Nazirlik əhaliyə xəbərdarlıq da edir: Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, maksimal temperatur 5-8 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0