Beynəlxalq Banka qarşı nəticəsiz mübarizə

Abunə olmaq
Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb

BAKI, 5 dekabr — Sputnik. "A.M.A.Y. Holding" MMC "Azərbaycan Beynəlxalq Bankı" ASC-ni məhkəməyə verib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ödənilməmiş icarə haqqının tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb. Həmin qərardaddan narazı qalan "A.M.A.Y. Holding" MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi MMC-nin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən qüvvədə saxlayıb.

Xəbər lenti
0