CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə təcili xəbərdarlıq

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik vətəndaşları xəbərdar edir

BAKI, 4 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
HADİSƏ
Yağış, duman, çiskin - Hava xəbərdarlığı

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Nazirlik əhaliyə xəbərdarlıq da edir: Dekabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 7-də 4-6 dərəcə aşağı enəcək.

Xəbər lenti
0