CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda taksilər yeni ödəniş sisteminə keçdi

Abunə olmaq
Nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu

BAKI, 4 dekabr — Sputnik. "Uber" və "Taxify" nağd ödəniş sisteminə keçir. Sputnik Azərbaycan Marja-ya istinadla xəbər verir ki, sərnişinlərin "Uber"in partnyorlarına (taksi sürücülərinə) səfər üçün birbaşa nağd ödəniş etmək seçimləri var. Sürücü nağd ödənişli səfərlər üçün səfərin sonunda gediş haqqını almaq və düzgün qalıq məbləğini qaytarmaq öhdəliyi daşıyır.

Фонарь такси на крыше автомобиля в Баку - Sputnik Azərbaycan
Bakıdakı taksi şirkəti sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi

Məlumdur ki, dekabrın 1-dən "Uber" və "Taxify" müştəriləri üçün taksi xidməti nağdsız hesablaşmalar zamanı 18% bahalaşıb. Bu, nağdsız hesablaşmadan istifadə edən taksi müştərilərinə 18% həcmində ƏDV-nin tətbiqi ilə əlaqədardır.

Məlumata görə, "Uber" və "Taxify" müştərilərini nağd hesablaşmaya təhrik edir. Sərnişin götürülən zaman ondan səfərin gediş haqqını nağd ödəyib-ödəməyəcəyi soruşulur.

"Uber" ötən ilin yayında da bəyan etmişdi ki, Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.

İstifadəçilər ödəniş növünü seçmək, sürücülər isə gündəlik xərcləri üçün müəyyən məbləğdə nağd vəsait arzusundadırlar. Beləliklə, nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt və Yekaterinburqdan sonra ikinci şəhər oldu.

"Artıq test rejimində fəaliyyət göstərən "nağd ödəniş" opsiyası adi kart ödənişi ilə paralel əlçatan olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman arzuladığı ödəniş növünü seçməlidir" — şirkətin açıqlamasında bildirilir.

Xəbər lenti
0