13:27 25 Fevral 2018
Canlı yayım
İstintaq təcridxanası, arxiv şəkli

Prokurorluq təsdiqlədi: Hacı Məmmədov intihar edib

© Sputnik / Aleksey Filippov
XƏBƏRLƏR
Qısa URL
91310

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib

BAKI, 3 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Xəzər rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.

Hacı Məmmədov, arxiv şəkli
© Foto: public domain
Hacı Məmmədov, arxiv şəkli

Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

Əlaqədar

Hacı Məmmədov həbsxanada özünü müalicə edir
Teqlər:
prokurorluq, intihar, Ədliyyə Nazirliyi Penitensiar xidməti, Daxili İşlər Nazirliyi, Hacı Məmmədov

Əsas mövzular