Əli Həsənovun nəvəsinin məhkəməsi ilə bağlı xüsusi tapşırıq verilib: Buraxmayın!

© Photo : REPORTNail Allahverdiyev
Nail Allahverdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistlər məmur nəvəsinin məhkəməsinə buraxılmayıblar

BAKI, 1 dekabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, jurnalistlər məhkəmə zalına buraxılmayıb. Polis media nümayəndələrini qapıdan uzaqlaşdırıb və bildirib ki, jurnalistlərin məhkəməyə buraxılmaması üçün xüsusi tapşırıq var.

Qeyd edək ki, məhkəmənin bugünkü baxış iclası hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutacaq.

Xatırladaq ki, Həsənovun nəvəsi N.Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi "Mercedes-Gelandewagen" markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda da ittiham edilir.

Xəbər lenti
0