06:41 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
581 0 0

Sürücülərdən bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur

BAKI, 30 noyabr — Sputnik. Binəqədi şossesində hərəkət hissə-hissə məhdudlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq dekabrın birinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən "Dörd yol" deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq: "Sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq".

Sürücülərdən aparılan işlərə analayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.

Əlaqədar

Azərbaycanda yeni yol istifadəyə verildi
Bakı-Sumqayıt yolunun yolçularının işi asanlaşacaq
Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası baş verib, yaralılar var
Kənd sakinləri hazırlıqsız yaxalandı, yollar bağlandı
Yol polisindən olub-olacaqlar barədə açıqlama
Teqlər:
Binəqədi şossesi, avtonəqliyyat vasitələri, yol, dekabr, hərəkət

Əsas mövzular