CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgə sakinlərinə xəbərdarlıq

© Sputnik / Ilham AhmadovQəbələyə yağan qar
Qəbələyə yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 30 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-şərq küləyi əsəcək.

Qaxda ilk qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dekabrda hava necə olacaq – Proqnoz açıqlandı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0