CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda mobil operator abonentlərinə xəbərdarlıq edir

CC0 / niekverlaan / phoneMobil telefonla ödəmə sistemi
Mobil telefonla ödəmə sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət bu səbəbdən yaranacaq narahatlığa görə təəssüf edir

BAKI, 30 noyabr — Sputnik. "Azercell" şirkəti öz abonentlərinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın bəzi şimal bölgələrində və Abşeron yarımadasının şimal hissəsinin bəzi ərazilərində telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən qurğularda baş vermiş hal ilə əlaqədar, bəzi abunəçilərin 3G şəbəkəsində istifadə zamanı zənglər həyata keçirərkən müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

TeliaSonera - Sputnik Azərbaycan
"Azercell"in səhmdarı Azərbaycanı tərk edir

Şirkət bu səbəbdən yaranacaq narahatlığa görə təəssüf edir. Çətinliklə qarşılaşdıqda ya "Azercell"in mobil internet xidmətindən istifadə edilməsi, ya da telefon cihazında şəbəkə seçimini qeyri-avtomatik rejimdə sazlayaraq səsli zəng xidməti üçün 2G şəbəkəsinin seçilməsi tövsiyə olunur.

Şirkət bəyan edir ki, yaranmış halın aradan qaldırılması üçün təcili tədbir görülür: "Qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək, bu barədə şirkət tərəfindən əlavə məlumat veriləcək".

Xəbər lenti
0