Prezident daha bir deputata yüksək mükafat verdi

Abunə olmaq
Dövlət başçısı sərəncam imzalayıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Madər Ələsgər oğlu Musayev "Şərəf" ordeni ilə təltif edilməsina dair sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

M.Ə.Musayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, M. Musayev (Hacı Madər) Milli Məclisin deputatıdır.

© Photo : From the personal archive of Mader MusayevMadər Musayev
Madər Musayev - Sputnik Azərbaycan
Madər Musayev

Xəbər lenti
0