CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan əhalisinə xəbərdarlıq

© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik vətəndaşları xəbərdar edir

BAKI, 23 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək.

Qəbələyə yağan qar - Sputnik Azərbaycan
FOTO
Kənd sakinləri hazırlıqsız yaxalandı, yollar bağlandı

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 24-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0